Ceyhun Mollazadə Atatürkün heykəlinin açılışında iştirak edib - FOTO

16:06 | 13.11.2013
Ceyhun Mollazadə Atatürkün heykəlinin açılışında iştirak edib - FOTO

Ceyhun Mollazadə Atatürkün heykəlinin açılışında iştirak edib - FOTO

Vaşinqtonun məşhur meydanlarından sayılan Şeridan Dairəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 75-ci ildönümündə onun heykəlinin açılış mərasimndə Amerika Azərbaycanlıları Şəbəkəsinin həmsədri Ceyhun Mollazadə də ailə üzvləri ilə iştirak edib.Toplaşanlar heykəlin qoyulması üçün rəsmi icazənin alınmasının uzun müddət çəkdiyini və nəhayət bu tarixi şəxsiyyətin adının əbədiləşdirilməsi üçün son hazırlıq işlərinin uğurla nəticələndiyini qeyd ediblər.İki metrlik bürünc heykəlinin yaradıcısı məşhur heykəltaraş Ceffri Helldir. Heykəl Atatürkün 40 yaşında çəkdirdiyi şəkli üzərində yaradılıb və bütünlüklə Atatürkün lider rolunu əks etdirir. Heykəlin yaradılması ilə bağlı bütün xərclər "Amerika Atatürk Cəmiyyəti” və cəmiyyətin sədri Hüdayi Yavalar ailəsi tərəfindən qarşılanıb. Heykəlin açılış mərasimi Türkiyənin Vaşinqtondakı səfirliyi və "Amerika Atatürk Cəmiyyətinin” təşkilatçılığı ilə baş tutmuşdur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb