Ceyhun Mollazadə Azərbaycan- ABŞ İKT forumunda çıxış edib

14:44 | 04.12.2013
Ceyhun Mollazadə Azərbaycan- ABŞ İKT forumunda çıxış edib

Ceyhun Mollazadə Azərbaycan- ABŞ İKT forumunda çıxış edib

“Azərbaycan-ABŞ İKT Forumu” Bakıda öz işini davam etdirən 19-cu “BakuTel-2013” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində keçirilib.Rabitə və İnfiormasiya Texnlogilayaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş forumda iki ölkənin nazirləri, yüksək səviyyəli dövlət nümayəndələri, İKT və iqtisadiyyat sahəsində tanınmış şirkət və təşkilatların nümayəndələri Azərbaycan-ABŞ tərəfdaşlığının gələcək planlarını, telekommunikasiya sahəsi üzrə iki ölkə arasında ticarət və investisiya imkanlarını müzakirə ediblər.Forum iştirakçıları arasında olan Sazz 4G İnternet provayderi “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə forumun “Azərbaycan-ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş müzakiərələrində çıxış edib. C.Mollazadə Azərbaycanla ABŞ arasında münasibətlərin ölkəmizin müstəqilliyinin ilk illərindən başladığını və bugünədək iki ölkənin çoxtərəfli əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsinə qədər necə uğurla inkişaf etməsindən danışıb. O bildirib ki, Azərbaycan-Amerika əməkdaşlığının əsas istiqamətlərinə ölkəmizdə neft və qaz sektorunun inkişafından əlavə müxtəlif infrastruktur layihələrinin reallaşması, qeyri-neft sektorunda qarşılıqlı ticarətin genişlənməsi, həmçinin də telekommunikasiya sahəsindəki əməkdaşlığın dərinləşməsi də daxildir. Onun sözlərinə görə, bütün bu nailiyyətlər isə ölkəmizin Birləşmiş Ştatların regionda vacib tərəfdaşı olduğunu bir daha təsdiqləyir.Ceyhun Mollazadə həmçinin simsiz İnternet sahəsində Azərbaycanda 4G texnologiyası əsasında fəaliyyət göstərən Sazz 4G İnternet provayderi və onun yeni xidmətləri haqqında da məlumat verib. C.Mollazadə bildirib ki, sonuncu Bakutel sərgisindən ötən bir il ərzində Sazz 4G İnternet provayderi öz əhatə dairəsini əhəmiyyətli dərəcəcə genişləndirib. Artıq Sazz şəbəkəsi ölkənin qərb və şimal rayonlarını da əhatə edir. Yaxın vaxtlarda isə Sazz 4G İnternetin əhatə dairəsinə cənub regionunun dörd şəhəri də daxil ediləcək.Qeyd edək ki, Azərbaycan-ABŞ İKT Forumunda Azərbaycanın 2015 və 2016-cı illərdə daha iki peykin buraxılmasının planlaşdırıldığı qeyd edilib. Forumda Azərbaycan və ABŞ arasında İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.Ceyhun Mollazadıə BakuTel 2013” beynəlxalq sərgi-konfransı çərçivəsində təşkil olunmuş İsrail-Azərbaycan Ticarət Palatasının “B2B Forumu”-da da iştirak edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti