Ceyhun Osmanlı “İrəli”nin bağlanma xəbərindən danışdı

15:21 | 13.05.2014

Milli Məclisin deputatı Ceyhun Osmanlı “İrəli” ictimai birliyinin bağlanması və haqqında yayılan məlumatlara münasibət bildirib. 

Qaynar.info xəbər verir ki, deputat Publika.az-a açıqlamasında yayılan məlumatları dezinformasiya adlandırıb: “Mənim haqqımda yazılanlar cəfəngiyyat və uydurmadır. Mən bu cür dezinformasiyalara da şərh vermək istəmirəm. Həmçinin, jurnalist hesab etmədiyim adamların telefonlarına cavab verməyəcəm”.

“İrəli” ictimai birliyinin ofisinin köçürülməsi məsələsinə də toxunan C.Osmanlı qeyd edib ki, təşkilatın ofisi yeni məkanda fəaliyyət göstərəcək: “Mən 2 ildir ki, “İrəli”də yoxam, yerimi gənclərə vermişəm. “İrəli”nin bağlanması barədə yayılan məlumatlar yalandır. “İrəli” bağlanmır, sadəcə yeni və daha geniş ofisə köçürülür. Yeni ofis şəhərin mərkəzində yerləşir. Hətta yaxın vaxtlarda jurnalistlərin iştirakı ilə yeni ofisin təqdimatı da təşkil olunacaq”.

ANN.Az

loading...

Xəbər lenti