Ceyhun Osmanlı kino çəkir

11:54 | 14.05.2014

Milli Məclisin deputatı Ceyhun Osmanlı yeni film çəkilişlərinə başlayıb.

Deputat bu barədə anspress-ə açıqlamasında məlumat verib.

O, bildirib ki, hazırda iki filmin hazırlığı üzərində iş gedir: “Son dövrlərdə parlament fəaliyyətimlə yanaşı film sektoru da məni çox dərindən maraqlandırır. Beynəlxalq səviyyəli bir bədii filmin çəkilişlərini artıq başa çatdırdıq. Artıq Londonda filmin təqdimatı oldu. Hazırda ulu öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı beynəlxalq əhəmiyyətli bir sənədli filmin çəklişlərini başa çatdırırıq. Bu işlər beynəlxalq bir qurupla həyata keçirilir. Xocalı Soyqrımı ilə bağlı “Discovery” formatında sənədli filmin hazırlığı üzərində işlər gedir. Hazırda parlament fəaliyyətimə paralel olaraq yaradıcı işlərlə, xüsusi ilə beynəlxalq əhəmiyyətli filmlərin istehsalı ilə məşğulam".

Ceyhun Osmanlı bu işlərin yay aylarında başa çatacağını bildirib. Deputat deyib ki, işlərinin təqdimatı sentyabrın sonunda təqdimat mərasimləri keçiriləcək.

ANN.Az

loading...

Xəbər lenti