Sadə diplomat olmağımı göstərmək istəyirəm - Britaniyanın Azərbaycandakı səfiri - MÜSAHİBƏ - ÖZƏL

10:12 | 05.07.2021
Sadə diplomat olmağımı göstərmək istəyirəm - Britaniyanın Azərbaycandakı səfiri - MÜSAHİBƏ - ÖZƏL

Sadə diplomat olmağımı göstərmək istəyirəm - Britaniyanın Azərbaycandakı səfiri - MÜSAHİBƏ - ÖZƏL

Azad olunmuş zonalarda minaların təmizlənməsində ingilis şirkətləri və QHT-lər maraqlıdır.

 

Bunu anews.az-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp suallara cavab verərkən bilidirib.

 


İngiltərə Qarabağın yenidən qurulması və dirçəlişində iştirak etməkdə maraqlı olduğunu bildirdi. Sizcə,Böyük Britaniya və şirkətləriniz Qarabağda nə edə bilər?


- Biz ərazini minalardan təmizləyən ən yaxşı texnikalara sahibik. Həmin ərazidə 25 illik münaqişədən sonra minalar və partlamamış hərbi sursat var. Buna görə də, minaların təmizlənməsi ilə məşğul olan ingilis şirkətləri və QHT-lər bu işdə maraqlı olduqlarını bildirdilər. Bu yaxınlarda mən təlimlər və minalardan təmizləmə ilə bağlı necə kömək edə biləcəyimizi görmək üçün İngiltərə Müdafiə Nazirliyinə səfər etdim.


Bundan başqa, düşünürəm ki, müxtəlif imkanlar var. Bunlara "ağıllı şəhər”ləri, kənd təsərrüfatını və dağ-mədən sənayesindəki imkanları nümunə göstərmək olar. Hələ tezdir. Ancaq əminəm ki, bütün şirkətlər nə kimi imkanların olduğu ilə maraqlanacaqlar.


BP Azərbaycanın əsas xarici investor və tərəfdaşlarından biridir. Bu tərəfdaşlığın davamlı olacağını düşünürsünüzmü? BP-nin yaşıl enerjiyə doğru irəliləməsi və ənənəvi neft və qaz biznesini əhəmiyyətli dərəcədə azaltması barədə bəyanatı haqda nə deyə bilərsiniz?


- 2015-ci ilə qədər sıfır emissiya öhdəliklərini elan edən yalnız BP deyil, İngiltərə hökuməti də var. Bütün dünyanın neft və qaz sənayesinə münasibətini dəyişib bərpa oluna bilən enerjiyə keçməsi şübhə doğurmur. BP-nin buradakı neft və qaz sektoruna daha 20 və ya 30 il marağı var. Bu, yaxşı haldır. Heç kim demir ki, neft və qaz hasilatı dərhal dayandırılmalıdır. Yalnız gələcək inkişafa baxmaq lazımdır. Düşünürəm ki, Azərbaycanda bərpa olunan enerji mənbələri layihəsini həyata keçirmək qərarı onların neft və qaz xaricində bərpa olunan məkan üçün bu məkana keçmək niyyətlərinin çox müsbət göstəricisidir. Son 25 ildə Azərbaycan, Böyük Britaniya və BP-nin yalnız neft və qaz sektorunda çalışdıqları görürük. Ümid edirəm ki, növbəti 25-30 ildə onların bərpa edilə bilən enerji sektorunda birgə çalışacaqlarını görəcəyik.


Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf planları barədə fikirlərinizi bölüşə bilərsinizmi?


- Düşünürəm ki, bunun 2 müsbət cəhəti var. Birincisi, iqtisadiyyatı şaxələndirmək üçün neft və qazdan uzaqlaşmağın zəruriliyini qəbul etməkdir. Çünki neft və qaz tükənəcək. Buna görə də milli prioritetlərə diqqət yetirmək müsbət bir amildir.


İkincisi, burada aparılan iqtisadi islahatlar önəmlidir. Dövlət müəssisələrinin rəhbərliyinin dəyişdirildiyini gördük. Bundan başqa ölkədə gömrük sistemini yaxşılaşdırmaq, korrupsiya hallarını aradan qaldırmaq və vətəndaşlara daha çox fayda olacaq işlər görməklə həm də ivestorlar üçün şərait yaradılır. Düşünürəm ki, iqtisadi sahədə daha müsbət dəyişiliklər var. Bunun uzunmüddətli perspektivdə necə olacağı azərbaycanlıların bacarığından asılıdır, biz bunu dəstəkləmək üçün buradayıq, İngiltərə Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafını dəstəkləyir.


Sizin tvitləriniz xüsusən həmvətənlərim tərəfindən çox sevilir və paylaşır. Ölkəmizdə bu cür diqqəti gözləyirdinizmi?


- Təşəkkür edirəm. İstəyim Azərbaycan dilini daha çox insana çatdırmaqdır. Azərbaycanın müxtəlif bölgələrinə səyahət etməyi sevirəm. Bu, ölkəni daha yaxşı başa düşməyimə kömək edir. Düşünürəm ki, bu, bir daha Azərbaycan xalqına göstərir ki, buradakı mədəniyyəti və ölkəni yüksək qiymətləndirirəm. Həm də sadəcə darıxdırıcı diplomatlar olmadığımızı, eyni zamanda sizin də münasibət qura biləcəyiniz normal insanlar olduğumuzu bilməyinizi istəyirəm.

 

Bənövşə Rafiq


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb