Ceyms Uorlik: "Biz geriyə addımların da şahidi olduq"

16:41 | 04.12.2014
Ceyms Uorlik:

Ceyms Uorlik: "Biz geriyə addımların da şahidi olduq"

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq üçün daha çox səy göstərmək niyyətindədir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bazeldə jurnalistlərə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib: "Biz son illər danışıqlar prosesində əhəmiyyətli irəliləyişin şahidi olduq. Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüşüblər və münaqişənin nizamlanması üzrə davamlı dialoqun təmin edilməsi üçün səylər göstəriblər. Bununla yanaşı, biz geriyə addımların da şahidi olduq".

C.Uorlik iyulun sonu - avqustun əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasını xatırladıb: "Həmin vaxt atəşkəs rejiminin pozulması halları və insan tələfatı olmuşdu. Biz Ermənistan hərbi helikopterinin vurulması insidentinin də şahidi olduq. Bu, hər iki tərəf üçün faciədir. Hazırda biz möhkəm sülh əldə etmək üçün daha əvvəl danışıqlar prosesində olan irəliləyişləri bərpa etməyə çalışırıq".

Həmsədr ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri yeni görüşə razılıqlarını verəcəklər, lakin bu onların qərarları olmalıdır: "Siz Parisdəki görüşdən sonra prezidentlərin bəyanatını xatırlayırsınız. Onlar həmin vaxt görüşlə və danışıqların davam etdirilməsinə dəstəklə bağlı nikbin olduqlarını bildiriblər. Biz həmsədrlər olaraq onların yeni görüş keçirməsinə dəstək verməyə hazırıq".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM