“Avqustun 10-da Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”. Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Soçi görüşünün nəticələrinə dair APA-nın sorğusuna cavabında deyib. C. Uorlik prezidentlərin dialoqun davam etdirilməsi və münaqişənin sülh yolu ilə həll olunmasına dair öhdəliklərini təsdiqləməsindən xüsusilə məmnun qaldığını söyləyib: “Ümid edirik ki, təmas xəttində vəziyyət sabitləşəcək və tərəflər siyasi iradəyə arxalanaraq münaqişənin həllinin tapılmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləyəcəklər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !