Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etməyi planlaşdırıram.
Bu barədə Trend-ə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Diplomat qeyd edib ki, biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik: "Biz ümid edirik ki, bu vaxta kimi, xüsusilə dinc sakinlər arasında çox sayda itkilərlə nəticələnən münaqişə Prezidentlərə təkan verəcək ki, bu məsələnin danışıq yolu ilə həll olunmasına diqqətlərini yönəltsinlər. Münaqişənin həll olunma prosesində irəliləyişə nail olmaq üçün Minsk Qrupunun həmsədri kimi Fransa və Rusiyalı həmkarlarımla tərəflərlə işləməyə hazıram. İndi sülh əldə etmək vaxtıdır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !