Ceyranbatan sakinləri Bakı-Sumqayıt yolunu bağladı - FOTOLAR

22:16 | 18.04.2014
Ceyranbatan sakinləri Bakı-Sumqayıt yolunu bağladı - FOTOLAR

Ceyranbatan sakinləri Bakı-Sumqayıt yolunu bağladı - FOTOLAR

Yolun bir müddət qapalı qalması Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olubBu gün axşam saatlarında Ceyranbatan qəsəbəsinin bir neçə yüz sakini Bakı-Sumqayıt magistral yolunu bağlayaraq aksiya keçirib. ANS PRESS-in məlumatına görə, aksiyaya səbəb Ceyranbatan yaşayış sahəsində son günlər ərzində içməli suyun verilməməsi səbəb olub. Aksiya iştirakçıları təcili şəkildə suyun verilişinin bərpasını tələb edib. Yolun bir müddət qapalı qalması Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olub. Əraziyə cəlb edilən polis camaatı yoldan uzaqlaşdırmağa nail olsa da, yoldakı tıxac tam aradan qalxmayıb. Polis təkid etsə də, sakinlər dağılışıb getmək istəməyib və “Azərsu” əməkdaşlarının gəlməsini tələb edib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM