ANN.Az Trend-ə istinadan xəbər verir ki, 12 nəfərin ölümü ilə nəticələnən terror hücumuna məruz qalan "Charlie Hebdo" qazetinin nəşriyyatı fasilə vermək qərarına gəlib.
Fasilə 7 million nüsxə ilə buraxılan əvvəlki buraxılışın tam satılmasına qədər davam edəcək. Qeyd edək ki, "Charlie Hebdo" qazetinin tirajı buna qədər 60000 nüsxədən çox olmayıb.