"Times qəzeti"nin verdiyi xəbərə görə, Fransada radikal islamçı iki nəfərin silahlı hücumuna uğrayaraq, karikaturaçı rəssamlarını itirən "Charlie Hebdo" jurnalı daxili anlaşılmazlıqlara görə parçalanma təhlükəsi altındadır.
ANN.Az xəbər verir ki, jurnalın dünənki sayı bütün Fransız nəşrlərini geridə buraxaraq, 2.5 milyon nüsxəylə çap edilsə də, jurnalın redaksiyası hücumda həyatını itirən veteran rəssamlarının yeri doldurmaqda çətinlik çəkir.
Hücumdan sonra jurnala yardım məqsədilə verilən vəsaitlərin necə istifadə ediləcəyi də, daxili idarəetmədə fikir ayrılıqları yaradıb.
Jurnalın yeni rəhbəri Laurent Sourisseau jurnalda karikatura çəkmək üçün bu günə qədər təklif etdikləri hər kəsdən rədd cavabını aldıqlarını deyib.
Sourisseau görüşdükləri şəxslərin özlərinə "İclaslara gəlmək məcburiyyətindəyəmmi? Karikaturaya həqiqi imzamı çəkmək məcburiyyətindəyəmmi?", - kimi suallar soruşduqlarını söyləyir.
Xatırladaq ki, yanvar ayında jurnalın ofisini basan iki radikal şəxs redaksiyada olanlara atəş açmış, aralarında ölkənin veteran karikaturaçılarının da olduğu 12 nəfəri öldürmüşdülər.
Ölüm- qalım məsələsi
Jurnalın həyatda olan işçiləri isə, artıq jurnalda işləməyin ölüm-qalım məsələsi halına gəldiyini deyir.
Jurnalın 20%-nə sahib olan Portheault qeyd edib ki, jurnal üçün verilən yardım vəsaitlərini hücumda həyatını itirənlərin ailələrinə veriləcək, satışdan əldə edilən mənfəət isə yüksək təhlükəsiz bir ofisə sahib olmaq üçün istifadə olunacaq
Keçən ay hücumdan dərhal sonra çap edilən jurnal 8 milyon tirajla çıxmış və jurnala 12 milyon avro qazandırmışdı. İanələrlə gələn miqdar 4.2 milyon avro olarkən, Abunədən gələn gəlirlərin miqdarı 3 milyon avro idi.
Jurnalın 2013-ci ildə gəliri isə ümumi 5.2 milyon avro olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !