“Charlie Hebdo”nun yeni nömrəsi Məhəmməd peyğəmbərin karikaturası ilə çıxacaq

22:27 | 12.01.2015
“Charlie Hebdo”nun yeni nömrəsi Məhəmməd peyğəmbərin karikaturası ilə çıxacaq

“Charlie Hebdo”nun yeni nömrəsi Məhəmməd peyğəmbərin karikaturası ilə çıxacaq

Terror aktının hədəfi olmuş fransız həftəlik "Charlie Hebdo” jurnalının yeni nömrəsi Məhəmməd peyğəmbərin karikaturalarını, siyasət və din mövzusunda zarafatlarını dərc edəcək, bunu bazar ertəsi jurnalın vəkili Rişar Malka bəyan edib.

"Əlbəttə? biz geri çəkilməyəcəyik, əks halda bunun heç bir mənası olmayacaq”, - Malka France İnfo radiostansiyasının efirində "Charlie Hebdo” jurnalının yanvar ayının 14-də qəzet köşklərində satışa çıxarılacaq yeni nömrəsi barədə suallara cavab verərkən bildirib.

"Je suis Charlie” – bu, ruh halıdır, bu eyni zamanda dini istehza etmək haqqıdır. "Je suis Charlie” dini tənqid edə biləcəyinizi deyir, çünki burada xüsusi heç bir şey yoxdur. Müsəlmanı müsəlman, xristianı xristian olduğu üçün tənqid etmək hüququ yoxdur. Amma xristianlıq, bütpərəstlik və İslam haqqında ən pis şeyləri demək olar, biz də bunu edirik” , - o qeyd edib.

Jurnalın növbəti buraxılışı milyon nüsxə çıxacaq (jurnalın adi buraxılışı 60 min nüsxədən ibarət olurdu). Malkanın sözlərinə görə, hal-hazırda jurnalistlər növbəti buraxılış üzərində fəal şəkildə çalışırlar. "Charlie Hebdo”nun üz qabığına dair qərar bazar ertəsi müəyyən ediləcək. //oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM