CHP binasının eyvanı çöküb - VİDEO

11:01 | 01.04.2024
CHP binasının eyvanı çöküb - VİDEO

CHP binasının eyvanı çöküb - VİDEO

Türkiyənin Denizli şəhərində CHP-nin binasında eyvan çöküb. Bu barədə İhlas Xəbər Agenti xəbər verib. 
 
Bildirilib ki, CHP tərəfdarları Tavasda bələdiyyə sədri Kadir Tatıkın seçkilərdə irəlidə olmasını qeyd etmək üçün partiyanın binası önünə gələrək ikimərtəbəli binanın birinci mərtəbəsində eyvana toplaşıb. Bu zaman ağırlığa tab gətirməyən eyvan çöküb. 
 
Hadisə zamanı 18 nəfər yaralanıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu qeyd olunub.
 
Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçki sandıqlarının 99,82% açılıb. 
 
Son nəticələrə görə, CHP 37,74% səslə öndədir. İkinci yerdə 35,49% səslə AK Parti qərarlaşıb. Yeniden Refah Partisi 6,19%, DEM Parti 5,68%, MHP 4,98%, İYİ Parti 3,77% səs toplayıb. 
 
Aygün Mirakif
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM