CHP-dən partiyalara ÇAĞIRIŞ: “Hökumət AKP-siz olmalıdır”

11:51 | 11.06.2015
CHP-dən partiyalara ÇAĞIRIŞ: “Hökumət AKP-siz olmalıdır”

CHP-dən partiyalara ÇAĞIRIŞ: “Hökumət AKP-siz olmalıdır”

Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Sezgin Tanrıkulu deyib ki, CHP Ədalət və İnkişaf Partiyasının (AKP) hökumətdə olmadığı bir variant qənaətindədir. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, onun sözlərinə görə, Xalqların Demokratik Partiyası (HDP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzərinə düşən vəzifə də AKP-nin hakimiyyətdə olmadığı bir variantı gündəliklərinə almasıdır.

Sezgin Tanrıkulu jurnalistlərin suallarını cavablandırıb. CHP Antalya millət vəkili Dəniz Baykalın prezident Rəcəb Tayyib Ərdoğanla görüşünə toxunan Tanrıkulu Baykalın təcrübəli bir siyasətçi olduğunu bildirib. Koalisiya müzakirələrinə gəldikdə, Tanrıkulu deyib: "Nəticədə koalisiyaya, hər hansı bir hökumət variantına CHP nizamnaməsinə uyğun olaraq lazımi qərarı partiyanın məclisi verəcək”.

CHP, MHP və HDP-yə səs verənlərin böyük əksəriyyətinin AKP-nin hakimiyyətdə olmasını istəmədiyini vurğulayan Tanrıkulu, "Bizim prioritetimiz AKP-nin olmadığı bir hakimiyyət variantıdır. Bunun üzərində çalışacağıq. MHP və HDP-yə də çağırışımız budur. Nəticədə seçicilər sizə AKP hakimiyyətə davam etsin deyə səs vermədilər. Digər variant mümkündür”, - deyə xatırladıb.

"Ehtimal olunan AKP-CHP koalisiyası partiyanın elektoratı olan seçicidə narahatlıq yaradırmı” sualına isə Tanrıkulu belə cavab verib: "Bizim prioritetimiz birinci olaraq AKP-nin hakimiyyətdə olmadığı və onun hakimiyyətinin yaratdığı bütün təxribatların aradan qaldıracağı bir bərpa hökuməti dövrüdür".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM