CİA-nın "Apple"ə pirat hücumu

21:14 | 11.03.2015
CİA-nın

CİA-nın "Apple"ə pirat hücumu

Bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) haqqında yeni senssasiyalı xəbər yayılıb. Məlum olub ki, Mərkəzi Kəşfiyyat İdarəsi uzun illərdir "Apple" cihazlarını pirat hücumlardan qoruyan təhlükəsizlik kodunu qırmağa çalışıbmış.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş sistem analitiki Edvard Snoudenin yaydığı ehtimal olunan və "The Intercept" jurnalının internet saytında nəşr olunan sənədlərdə CİA-nın "İphone" və "İpad" cihazlarının təhlükəsizlik kodunu qırmaq üçün apardığı proqramın təfərrüatları yer alıb.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, sənədlərdə CİA-nın sözügedən proqramı çərçivəsində "Jamborees" kimi tanınan və ildə bir il keçirilən gizli konfrans iştirakçılarının "Apple" məhsullarına pirat hücumunu tənzimləyən strategiyaların ələ alındığı görünür.

Proqrama dair ilkin sənədlərin 2006-cı il tarixli olduğu diqqət çəkir və bu proqramın "Apple"ın təsisçilərindən Stiv Jobsun dünyaya ilk "İphone"u tanıtmasından bir il əvvəl başladığını ortaya qoyur. Proqramla bağlı son sənədlərin isə 2013-cü ilə aid olduğu gözə çarpır.

Nə CİA, nə də ki "Apple" dərc olunan məlumatlarla bağlı açıqlama verməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM