Cihada piyada gedən şəxsin üzərindən Azərbaycan bayrağı çıxdı

13:36 | 11.11.2014
Cihada piyada gedən şəxsin üzərindən Azərbaycan bayrağı çıxdı

Cihada piyada gedən şəxsin üzərindən Azərbaycan bayrağı çıxdı

Türkiyənin Diyarbəkir vilayətinin Çınar kəndində kənd yolu ilə piyada gedən şübhəli şəxs yerli sakinlərin diqqətini cəlb edib.
Virtualaz.org xəbər verir ki, kəndlilər həmin şəxsdən kim olduğunu və hara getdiyini soruşublar. Bu şəxs “cihada gedirəm” cavabını verib. Cavabı eşidən kürd kəndlilər onu yaxalayıblar. Həmin şəxsin üzərindən Türkiyənin Fransadakı baş konsulluğundan alınan “Cihan Mersin” ad-familiyası yazılmış pasport çıxıb. Kəndlilər şübhəli şəxsi jandarmaya təhvil veriblər.
Jandarma şəxsin üzərində və bel çantasında apardığı axtarış zamanı onun Elazığ vilayətində qeydiyyatda olduğunu göstərən sənəd, 2 mobil telefon, qandal, kənarlarına “gizli” və ya “secret” yazılmış dini məzmunlu, türk və fransız dillərində olan çoxsaylı sənədlər, çertyojlar, İŞİD yaraqlılarının geydiyi qara geyim, bir üzündə ərəbcə yazıların olduğu, digər üzündə isə kiçik ölçülərdə Türkiyə, Pakistan və Azərbaycan bayraqlarının dikildiyi qara İŞİD bayrağı tapılıb. Həmin şəxs həbs olunub və hazırda onun dindirilməsi, şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində  araşdırmalar davam edir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti