Pandemiya dövründə çimərlik mövsümü ilə bağlı yaradılmış cimerlik.az portalı mövsümün bitməsi ilə əlaqədar fəaliyyətini dayandırıb.
Anews.az xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayıb.
Çimərliklərin fəaliyyətdə olduğu dövr üzrə avqustun 5-dən sentyabrın 15-dək ümumi giriş sayı 724, 266 nəfər olub, o cümlədən avqust ayı üzrə 578, 395 nəfər və sentyabr ayı üzrə isə 145, 871 nəfər təşkil edib.
Fəaliyyətin təşkil olunması zamanı "ASAN xidmət” tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !