Cinayət Məcəlləsinin daha bir mühüm maddəsinə ciddi dəyişiklik edilir

18:19 | 19.05.2014
Cinayət Məcəlləsinin daha bir mühüm maddəsinə ciddi dəyişiklik edilir

Cinayət Məcəlləsinin daha bir mühüm maddəsinə ciddi dəyişiklik edilir

Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmağa, onların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməyə görə cəzaların müddəti ən yuxarı həddə qədər artırılır

Azərbaycanda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmağa, belə birləşmələrin, qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməyə görə cəzaların müddəti ən yuxarı həddə qədər artırılır.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 279.3-cü maddəsinə dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, yuxarıda sadalanan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

 

Hazırda bu cinayətə görə cəza 8 ildən 15 ilə qədərdir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM