"Cinema club": 20 milyonluq büdcəsi olan "Son məktub"un təqdimatı - ANN.TV

16:11 | 16.04.2015

"Cinema club": 20 milyonluq büdcəsi olan "Son məktub"un təqdimatı - ANN.TV

"28 Cinema” kinoteatrında Çanaqqala savaşının 100-cü ildönümünə həsr edilmiş və büdcəsi 20 milyon türk lirəsi təşkil edən "Son məktub” filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ekran əsəri barədə ərsəyə gəlməsi prosesindən danışıblar. Akrtisa çəkildiyi filminin doğulub böyüdüyü şəhərdə təqdimatından qürur duyduğunu vurğulayıb.

Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. "Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.

ANN.TV-nin çəkiliş qrupunun hazırladığı video-reportaj həm filmin təqdimatından əvvəl keçirilən mətbuat konfransıdan, eləcə də təqdimat mərasimi zamanı verilən açıqlamalardan, eləcə də filmin nümayişindən sonra tamaşaçıların rəylərindən bəhs edir.


Həmin video-reportajı oxuculara təqdim edirik:

Hazırladı Aynur Məmmədova


 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb