"CinemaPlus"da Faiq Babanlı ilə ovun sirrləri

16:57 | 10.08.2017

"CinemaPlus"da Faiq Babanlı ilə ovun sirrləri

Bakı, 10 avqust: Premium kinoteatr "CinemaPlus Azerbaijan"da avqustun 30-da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, ovçu - Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçiriləcək.

Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Həmçinin o, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olmuşdur və öz kolleksiyasını artırmaqda davam edir.

Bu film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. 

Ov qanununa görə cəngərliklərdə əgər yağış yağırsa və göydə ay görsənirsə demək heyvanlar gizlənəcəklər. Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngərliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurdular.O faktı da diqqətdən qaçırmamaq lazımdır ki, bütün Cənubi Amerika ölkələrindən ən çox zəhərli ilan məhz Peruda yaşayır.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM