"CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində"Qanlı Yanvar” filmini pulsuz nümayiş edəcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.
Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.
Əlavə olaraq, 20 yanvar tarixində "CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxardacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !