Citi qısamüddətli mis qiymət proqnozunu 10% azaldaraq ton üçün 8500 dollara endirib

17:23 | 14.11.2024
Citi qısamüddətli mis qiymət proqnozunu 10% azaldaraq ton üçün 8500 dollara endirib

Citi qısamüddətli mis qiymət proqnozunu 10% azaldaraq ton üçün 8500 dollara endirib

Citi Research analitikləri misin qiymətinin qısamüddətli proqnozunu 10% - 9,5 min dollardan 8,5 min dollara endiriblər. Bu barədə interfaks məlumat yayıb. 

Ekspertlərin fikrincə, ABŞ və Çin arasında davam edən ticarət gərginliyi və Çində gözləniləndən daha zəif iqtisadi artım, çox güman ki, qlobal mis tələbinin azalmasına səbəb olacaq.

Dördüncü rübdə mis orta hesabla bir ton üçün 9 min dollar olacaq.

Cümə axşamı London Metal Birjasında mis qiymətləri iki aydan artıq (sentyabrın 5-dən bəri) ilk dəfə olaraq hər ton üçün 9 min dollardan aşağı düşüb.
 
Şanxay Fyuçers Birjasında dekabr müqavilələri üzrə kotirovkalar 2,1% azalaraq bir ton üçün 73,16 min yuana (10 103 dollar) düşüb ki, bu da sentyabrın 12-dən bəri ən aşağı səviyyədir.

Nikel 0,6% ucuzlaşaraq bir ton üçün 15,67 dollar olub ki, bu da 15 həftəlik minimumdur. Trading Economics qeyd edir ki, son dörd həftə ərzində o, dəyərinin təxminən 10%-ni itirib.

Cümə axşamı sinkin qiyməti 2,4% - bir ton üçün 2,9 min dollardan, qalay - 3,4% azalaraq 30,2 min dollar/ton olub.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM