ABŞ-ın vitse-prezidenti Co Bayden prezident Barak Obamadan prezident seçkilərinə qatılmaq üçün "xeyir-dua” alıb.
APA-nın xəbərinə görə, bu barədə CNN Demokratlar Partiyasından olan yüksək çinli nümayəndəyə əsasən məlumat yayıb. Məlumata görə, bu məsələ Bayden və Obamanın Ağ Evdə naharı zamanı müzakirə olunub. Bildirilir ki, B. Obama C. Baydenin namizədliyini irəli sürməsinə qarışmayacaq.
Vitse-prezidentin ofisindən isə bununla bağlı şərh verilməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !