ABŞ-ın vitse-prezidenti Co Bayden “İŞİD təşkilatı üçün Türkiyədən Suriyaya xarici döyüşçülər gedib” mövzusunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəmədiyini deyib. AzNews.az xəbər verir ki, ABŞ-ın CNN telekanalında müxbirin suallarını cavablandıran Co Bayden bildirib: "Ərdoğandan əsla üzr istəmədik, onu yaxşı tanıyıram və onunla yaxşı anlaşıram. Ona zəng etdim və yalnız “Baxın, İŞİD-lə bağlı dediyim sözlərə sizin cavabınız doğru deyil” sözlərini dedim”.Qeyd edək ki, bu ay Mərakeş, Ukrayna və Türkiyəni ziyarət edəcək Baydenin prezident Ərdoğanla da bir araya gəlməsi gözlənilir.ANN.Az