ABŞ-ın vitse-prezidenti Co Bayden növbəti dəfə üzr istəməli oldu. ANS PRESS-in məlumatına görə, Bayden bu dəfə Birləşmiş Ərəb Əmrliklərindən üzr istəyib.
Bildrilir ki, Co Bayden BƏƏ-nin vəliəhd şahzadəsi Muhamməd bin Zayid ən Nahyanla görüşərək üzr istəyib. Görüşdə həmçinin Baydenin terrorra qarşı mübarizəyə verdiyi dəstəyə görə BƏƏ üçün mədh edici sözlər dediyi qeyd edilib.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden “Harvard” universitetində çıxışı zamanı Türkiyənin və Birləşmiş Ərəb Əmrliklərinin İŞİD-ə pul və silah dəstəyi təmin etdiyini iddia etmişdi.
Bayden daha əvvəl bu iddialarına görə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandan da üzr istəyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !