Co Bayden: "İŞİD-i cəhənnəmin qapılarına” qədər təqib edəcəyik

20:39 | 04.09.2014
Co Bayden: "İŞİD-i cəhənnəmin qapılarına” qədər təqib edəcəyik

Co Bayden: "İŞİD-i cəhənnəmin qapılarına” qədər təqib edəcəyik

Amerikalı daha bir jurnalisti edam edən İŞİD-i hədəf alan J.Bayden “Amerika xalqının gözünü qorxutmaq istəyirlərsə, deməli bizi yaxşı tanımırlar. İŞİD bunu bilməlidir ki, ədalət öz yerini tapana qədər onları cəhənnəmin qapılarına kimi təqib edəcəyik. Çünki onların yeri cəhənnəm olacaq” deyib.

ANN.Az-ın türk mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın vitse-prezidenti Co Bayden, ABŞ-ın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatını "cəhənnəmin qapılarına" qədər təqib edəcəyini söyləyib. 

Bayden, Mayn əyalətində qatıldığı bir toplantıda çıxışı zamanı, daha bir amerikalı jurnalisti edam edən İŞİD militanlarını hədəf alaraq "Amerika xalqının gözünü qorxudacaqlarını güman edirlərsə, bizi çox yaxşı tanımırlar deməkdir" dedi. 

Ölkə olaraq birlik halında olduqlarını ifadə edən Biden, Amerika xalqının, "hər hansı bir düşmənin anlaya biləcəyindən daha güclü və qərarlı olduqlarını" vurğuladı. 

İŞİD, dünən amerikalı jurnalist Steven Sotlofun ölümünün videosunu nümayiş etdirmişdi. İŞİD xadimləri keçən ay da Amerikalı jurnalist Ceyms Foleyi eyni şəkildə qətlə yetirmişdi. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM