O, 2014-cü ilin dekabr ayının 3-də saxlanılıb.
"Coca Cola” zavodunun direktoru Dmitri Soşnevin qətlinə dair iş məhkəməyə verilib, bu barədə Peterburq İstintaq Komitəsindən bildirilib.
Oxu.Az xəbər verir ki, cinayətdə daha öncə məhkum olunan Vyaçeslav Finogenov və Azərbaycan vətəndaşı Denis Çxitauri ittiham edilir.
"İstintaqın versiyasına görə, 2014-cü ilin noyabr ayının 28-də Çxitauri və Finogenov "Coca Cola” zavodunun direktoru Dmitri Soşnevə bəhanə ilə Frunzensk rayonunda yerləşən qarajların olduğu ərazidə görüş təyin ediblər. Burada Finogenov zərərçəkən şəxsə atəş açaraq onu qətlə yetirib”, - idarədə izah ediblər.
İstintaqın məlumatına əsasən ittiham edilən şəxslər 160 min rubl olan çantanı, qətlə yetirilən şəxsin adına olan pasportu və 1,2 milyon rubla yaxın dəyəri olan BMW 530 avtomobilinin sənədlərini və açarlarını oğurlayıblar. Cinayətkarlar 2014-cü ilin dekabr ayının 3-də saxlanılıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !