“Coca Cola”nın 127 ildir qorunan sirri açıqlandı

11:56 | 27.10.2014
“Coca Cola”nın 127 ildir qorunan sirri açıqlandı

“Coca Cola”nın 127 ildir qorunan sirri açıqlandı

Amerika qaynaqlı “Thisamericanlife.org” adlı sayt “Coca-Cola”nın hazırlanma mexanizmini bildiklərini açıqlayıb və məhsulun məzmunundakı maddələri nəşr edib. ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu zamana qədər sirr olaraq qalan düstur 1886-cı ildə kimyaçı Con Pemberton tərəfindən tapılıb. İlk olaraq eyni il Atlantada satılmağa başlanan içki, daha sonra dünyada 200 ölkədə satışa çıxarılıb.“Coca-Cola”nın hazırlanma düsturu hazırda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində 24 saat boyunca qorunan bir zirzəmidə saxlanılır.Saytın yayımladığı tərkib belədir: limon turşusu 84.9 qram, kafein 28.3 qram, şəkər 30 (miqdarı müəyyən deyil), su: 9.5 litr, yaşıl limon suyu 0.94 litr, vanil 28.3 qram, karamel 42.5 qram.Siropu üçün spirt 226.4 qram, portağal yağı 20 damla, limon yağı 30 damla, Hindistan qozu yağı 10 damla, keşniş 5 damla, portağal çiçəyi yağı 10 damla.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM