Cəbrayılın işğaldan azad edilən Cocuq Mərcanlı kəndində 24 ildən sonra ilk toy çadırı qurulub. Bədəlovlar ailəsində keçirilən sünnət toyu bütün kənd sakinlərini bir araya toplayıb. İndi Cocuq Mərcanlı sakinlərinin niyyəti kənddə oğul evləndirib, qız köçürməklə daha böyük şənliklər qurmaqdır.
Anews.az-ın "Xəzər TV"-yə istinadən məlumatına görə, bu, işğaldan azad olduqdan sonra kənddəki ilk toydur.
Kənd sakini Baxşalı Bədəlov 2 yaşlı övladı Babək Bədəlov ücün məcilis qurub. Balacanın sünnət toyu təmtəraqlı keçirilib. 24 ildən sonra kənddə baş tutan ilk toy sakinlərin sevincinə səbəb olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !