ABŞ-la Rusiya Ukrayna məsələsi ilə bağlı dialoqu davam etdirəcəklər.
APA-nın məlumatına görə, bunu Pekində keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Con Kerri bəyan edib.
“Fikir ayrılıqları olan məsələlərlə bağlı məlumat mübadiləsi haqqında razılıq əldə etdik. Ümid edirəm ki, Minskdə əldə edilən anlaşmalar yerinə yetiriləcək”, - deyə o vurğulayıb.
Kerri həmçinin bildirib ki, Lavrovla görüşdə bir sıra beynəlxalq məsələlərlə bağlı razılaşdırılmamış məqamlar müzakirə olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !