ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu açıqlamanı dövlət departamentinin rəhbəri CBS Televiziyasına müsahibəsində verib. Kerri deyib: "Gec-tez bu məsələni müzakirə etmək məcburiyyətində qalacağıq. Mən 1-ci Cenevrə Konfransı ərəfəsində bu məsələni müzakirə etməyə hər zaman könüllü oldum".
CİA-nın rəhbəri Con Brennan da bir müddət öncə Vaşinqton rəsmilərinini Suriyada İŞİD kimi təşkilatların hakim olması təhlükəsi səbəbindən rejimin yıxılmasını istəmədiyini söyləyib. Eyni zamanda ABŞ Beynəlxalq Kəşfiyyat direktoru Ceymc Klipper də eyni fikri bölüşmüşdü: "Nə Rusiya, nə ABŞ, nə də İŞİD-ə qarşı döyüşən beynəlxalq koalisiya ölkələri, nə də bölgədəki dövlətlər Dəməşqdəki hökumətin və siyasi qurumların çökməsini istəmir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !