Con Kerri Dağlıq Qarabağ münaqişəsindən danışdı

11:10 | 03.02.2014
Con Kerri Dağlıq Qarabağ münaqişəsindən danışdı

Con Kerri Dağlıq Qarabağ münaqişəsindən danışdı

ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişə barədə bəyanat səsləndirib. ANS PRESS-in məlumatına görə, diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək". Qeyd edək ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər.Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM