Con Kerri evini təmizləmədi, cərimələndi

13:51 | 30.01.2015
Con Kerri evini təmizləmədi, cərimələndi

Con Kerri evini təmizləmədi, cərimələndi

ANN.Az xəbər verir ki, son günlər ABŞ-da soyuq və qarlı havaların keçməsi səbəbilə ştatlarda kritik vəziyyət yaranıb. Əhalinin gediş-gəlişini rahatlamaq məqsədilə ştat rəhbərləri, merlər müvafiq işlərin həyata keçirilməsi üçün göstərişlər veriblər. Bunlardan biri də hər kəsin öz evinin qarşısını qardan təmizləməsi göstərişi olub.

Bostonda mülkü olan ABŞ xarici işlər naziri Con Kerri evinin qarşısındakı qarı təmizlətmədiyi üçün cərimələnib. Bələdiyyə sədri Martın Valş naziri 50 dollar cərimə edib.

C.Kerrinin sözsüsü Qlen Conson artıq cərimənin ödəndiyini, eyni zamanda evin qarşısındakı qarın da təmizləndiyini açıqlayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM