Amerika və Rusiya diplomatları ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfərinin mümkünlüyünü müzakirə edirlər.
APA-nın verdiyi xəbərə görə, bu barədə TASS agentliyi Rusiyan Vaşinqtondakı diplomatik nümayəndəliyinə olan mənbəsinə istinadən məlumat yayıb.
"Ehtimal edilən səfər Amerika tərəfinin xahişi əsasında baş tutacaq”, deyə mənbə qey edib.
Məlumata görə, səfərin 4-5 fevral tarixlərində baş tuta biləcəyi ehtimal olunur.
Qeyd edək ki, bundan əvvəl Con Kerri Moskvaya 2013-cü ilin mayında səfər edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !