Con Kerri: "ABŞ Azərbaycana minnətdardır"

11:07 | 28.05.2014
Con Kerri: "ABŞ Azərbaycana minnətdardır"

Con Kerri: "ABŞ Azərbaycana minnətdardır"

ABŞ NATO missiyasında Əfqanıstanda tərəfdaşlığa görə Azərbaycana minnətdardır. Bu barədə ABŞ dövlət katibi Con Kerrinin bəyanatında deyilir.Trend ABŞ Dövlət Departamentinin 28 May - Respublika Günü münasibəti ilə çərşənbə axşamı yaydığı məlumata istinadən xəbər verir.Məlumatda deyilir: "Prezident Obama və Birləşmiş Ştatlar xalqı adından mən Azərbaycan hökumətini və xalqını 28 May - Respublika Günü münasibəti ilə təbrik edirəm. Azərbaycan və Birləşmiş Ştatlar enerji daşıyıcılarının şaxələndirilməsinə və regional təhlükəsizliyə yardım göstərilməsinə sadiqliyi bölüşürlər. Biz xüsusilə NATO missiyasında Əfqanıstanda tərəfdaşlığa görə Azərbaycana minnətdarıq".Bildirilir ki, ABŞ əvvəlki kimi demokratik institutların möhkəmləndirilməsi, onun açıq bazar iqtisadiyyatına yardım və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə Azərbaycanla əməkdaşlığa sadiqdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM