Con Kerri: "Hansısa mənada Rusiya liderləri işğalçıdır"

00:02 | 05.03.2014
Con Kerri: "Hansısa mənada Rusiya liderləri işğalçıdır"

Con Kerri: "Hansısa mənada Rusiya liderləri işğalçıdır"

"Rəsmi Moskvanın guya “Ukraynada rus xalqına qarşı təhlükə var” sözləri inandırıcı deyil. Əslində onlar özlərinə haqq qazandırmaq istəyirlər"

“Rusiya qoşunları faktiki olaraq Ukraynaya daxil olub”. 

Bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. 

“Hansısa mənada Rusiya liderləri işğalçıdır. Ancaq hələ onlar indiyədək Ukraynaya nəyə görə daxil olduqlarını düzgün izah edə bilməyiblər. Rəsmi Moskvanın guya “Ukraynada rus xalqına qarşı təhlükə var” sözləri inandırıcı deyil. Əslində onlar bu sözləri işlətməklə özlərinə haqq qazandırmaq istəyirlər. Hamı bilir ki, Ukrayna hərbçiləri Krımda heç kəsə güllə atmayıb. Əslində isə Rusiya ordusu onları mühasirəyə alıb və Krımın ərazisinə daxil olub”, - deyə Con Kerri bildirib. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM