Con Kerri Rusiyanı ittiham etdi

20:55 | 12.08.2015
Con Kerri Rusiyanı ittiham etdi

Con Kerri Rusiyanı ittiham etdi

ABŞ dövlət katibi Con Kerri onun elektron poçtuna Rusiya və Çin tərəfindən müdaxilə olunduğunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, o deyib: "Təəssüflər olsun ki, yaşadığımız dünyada Rusiya və ABŞ da daxil olmaqla, bəzi ölkələr daim kiber hücumlar təşkil edirlər. Bu da Amerikanın maraqlarına və hökumətinə ziyan vurur. Biz bu məsələni hətta, Çin ilə dialoqda da ciddi səviyyəyə qaldırmışıq."

C.Kerri verdiyi açıqlamalarda Rusiyanı ABŞ hökumətinə qarşı kiber hücumda günahlandırıb.

Bundan əvvəl, hökümət Rusiya hakkerlərindən şübhələnirdilər. Xüsusən, ABŞ Müdafiə Nazirliyinin elektron poçtu sisteminə nüfuz etməsində onların adları çəkilirdi.

Pentaqon nümayəndələrindən biri Rusiya hakkerlərini "əsas şübhəlilər” adlandırıb. Lakin tam olaraq, bunu sübut etmək üçün istintaqın başa çatması lazımdır, buna isə kifayət qədər vaxt tələb olunur.

Əsas kiber hücum bu il iyulun 25-də ABŞ hərbi və mülki orqanlarının kompüterlərinə olunub. Hücum aşkarlandıqdan sonra bütün elektron poçt sistemi fəaliyyətini dayandırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM