ABŞ Dövlət katibi John Kerry İranla mübahisədə müttəfiqi Səudiyyə Ərəbistanını dəstəkləyib. Gərginlik ər-Riyadın tanınmış şiə ruhanisini edam etməsindən sonra yaranıb.
Kerry yanvarın 14-də Londonda Səudiyyənin Xarici işlər naziri Adel al-Jubeir ilə görüşüb. Deyib ki, Yaxın Şərq ölkələri digərlərinin işinə qarışmamalıdır.
Səudiyyə İranı Fars Körfəzinin sünni monarxiyalarında iğtişaşlar yaratmaqda ittiham edir.
Bu arada İran ötən yay imzalanmış yekun nüvə sazişinin şərtlərini tam yerinə yetirməyə çalışır. Yaxın günlərdə İrana sanksiyalar yüngülləşdirilə bilər. Səudiyyə İranın güclənməsindən narahatdır. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !