Con Kerri son 50 ilin ən uğursuz dövlət katibi seçildi

16:30 | 06.02.2015
Con Kerri son 50 ilin ən uğursuz dövlət katibi seçildi

Con Kerri son 50 ilin ən uğursuz dövlət katibi seçildi

Con Kerri ABŞ-da son 50 ilin ən uğursuz dövlət katibi seçilib.

APA-nın məlumatına görə, "Foreign Policy” jurnalının apardığı sorğuya əsasən, ən uğurlu dövlət katibi isə Henri Kissincer hesab edilir. 1973-1977-ci illərdə dövlət katibi olmuş bu şəxs 32,2 faiz səs toplayıb.

Yalnız 0,3 faiz respondent Con Kerrinin xeyrinə səs verib. Siyasi cəhətdən uğurlu dövlət katibləri siyahısını ilk üçlüyü Ceyms Beyker və Madlen Olbrayt tamamlayıb. Hillari Klinton 4-cü yerdədir.

Sorğuda ABŞ universitet və kolleclərindən beynəlxalq siyasət üzrə ixtisaslaşmış 1615 mütəxəssis iştirak edib. Respondentlər, həmçinin ABŞ-ın son 10 ildə ən sərt xarici siyasət problemi ilə bağlı suala da cavab veriblər.

Ekspertlər ən problemli məsələlərlə bağlı iqlim dəyişikliyini, Yaxın Şərqdə münaqişə və Çinin hərbi gücünün artmasını göstəriblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM