Con Kerri: “Ukrayna tezliklə Rusiyaya qalib gələcək"

14:42 | 12.04.2014
Con Kerri: “Ukrayna tezliklə Rusiyaya qalib gələcək"

Con Kerri: “Ukrayna tezliklə Rusiyaya qalib gələcək"

Ukrayna milli telekanalları son zamanlar ölkə ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədər xüsusi süjet hazırlayıb.“Axar.az” xəbər verir ki, reportajda Amerika dövlət katibi Con Kerrinin, respublikaçılardan prezidentliyə keçmiş namizəd Con Makkeyn, həmçinin Avropa liderlərinin fikri yer alıb.Vurğulanıb ki, Rusiya Ukraynanın şərqində hadisələri gərginləşdirməyə çalışsa da, rəsmi Kiyevin davranışları təqdirə layiqdir. Beynəlxalq təşkilatların da apardığı monitorinqlər nəticəsində heç bir qanun və insan haqlarının pozuntusuna rast gəlinməyib.Almaniya kansleri Anqela Merkel bildirib ki, Almaniya bundan sonra da Ukrayna hökuməti ilə işləməyə, müəyyən məsləhətlər verməyə hazırdır. Amma bunun üçün Ukrayna harada özünü görməsi barədə dəqiq mövqe ortaya qoymalıdır.Rusiyanın, ələlxüsus prezident Vladimir Putinin yürütdüyü siyasəti kəskin tənqid edən Con Makkeyn isə yenə Obama Administrasiyasını ”dişsiz” siyasət yürütməkdə qınayıb. Buna cavabında Amerika Dövlət katibi Con Kerri vurğulayıb ki, narahatlığa əsas yoxdur. Çünki Rusiya iqtisadiyyatı sürətlə tənəzülə sürüklənir və yaxın vaxtlarda Ukraynanın Rusiyaya qalıb gələcəyi qaçılmaz olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür