Con Kerridən Azərbaycanla bağlı mühüm açıqlama

12:54 | 03.04.2014
Con Kerridən Azərbaycanla bağlı mühüm açıqlama

Con Kerridən Azərbaycanla bağlı mühüm açıqlama

ABŞ və Avropa öz enerji resurslarının nəqlinin şaxələndirilməsi yolunda çox işlər görməlidirlər və Azərbaycandan qazın böyük həcmlərdə nəqli məsələsi gündəlikdədir. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə enerji məsələləri üzrə Aİ-ABŞ Şurasının iclasında bildirib.

Kerri deyib: "Bu gün "Cənub Qaz Dəhlizi" ilə Türkiyəyə, oradan da Avropaya nəql olunacaq Azərbaycandan böyük həcmlərdə qazın ixracı yollarının axtarışı məsələsi gündəlikdə durur". Onun nitqi ABŞ Dövlət Departamentinni rəsmi saytında yerləşdirilib.

Kerri həmçinin qeyd edib ki, Avropada qazı istehlakçılara çatdıracaq LNG-terminalların və boru kəmərlərinin tikintisi də daxil olmaqla, digər imkanlar [ixracın şaxələndirilməsi] da mövcuddur.

Kerrinin sözlərinə görə, vacib olan enerji resurslarının bir tədarük mənbəyindən asılı olmamaqdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM