"Gələcək Suriyada Əsədə yer yoxdur"“Bəşər Əsədə gələcək Suriyada yer yoxdur”. musavat.com xarici mənbəyə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 17-də keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Əsəd gələcək Suriya dövlətində hər hansı rol ala bilməz.
Amerika xarici siyasət idarəsinin başçısı həmçinin Vaşinqtonun Bəşər Əsədə təzyiqləri gücləndirmək üçün müxtəlif variantların nəzərdən keçirildiyini söyləyib. “Mən hesab edirəm ki, prosesin gedişində bəlli olacaq, əgər Əsəd gələcək Suriyanın tərkib hissəsi olmağa hazırlaşırsa, o zaman böhrandan hər hansı siyasi çıxış yolu tapılmayacaq, heç nə dəyişməyəcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !