• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

COP29 iştirakçılarının akkreditasiya kartlarının verilməsinə başlanılıb

COP29 iştirakçılarının akkreditasiya kartlarının verilməsinə başlanılıb
30.10.2024 15:21
Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndələrin və digər qonaqların akkreditasiya kartlarının verilməsinə başlanılıb. Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, tədbir günlərində konfransda iştirakı təsdiqləyən sənədin təqdim olunması zamanı növbələrin və gözləmə vaxtının minimuma endirilməsi, eləcə də iştirakçıların rahatlığının təmin edilməsi məqsədilə akkreditasiya kartları hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər konfrans məkanının əsas girişindəki qeydiyyat masalarından təhvil alına bilər.

İştirakçılardan COP29 konfransına qeydiyyatdan keçdiklərini təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi elektron məktubunun çap edilmiş nüsxəsini və qeydiyyat zamanı təqdim edilmiş fotoşəkilli şəxsiyyət sənədinin – pasportun və ya şəxsiyyət vəsiqəsinin əslini təqdim etmələri tələb olunur.

Təhlükəsizlik məqsədilə akkreditasiya kartı yalnız konfrans iştirakçısı tərəfindən şəxsən, qeydiyyat masasından təhvil alınmalıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya vətəndaşı Azərbaycana gələn təyyarədə ölüb
Cəmiyyət 09:54
Rusiya vətəndaşı Azərbaycana gələn təyyarədə ölüb
Yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:57
Yollarda tıxac var - Siyahı
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Cəmiyyət 23:25
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 22:06
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:49
Sabah bu ərazidə qaz olmayacaq
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:47
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Cəmiyyət 19:55
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Audiovizual Şura yayım şirkətini cərimələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərimələyib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Cəmiyyət 17:40
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol