COP29 könüllülərinə 1500 manat veriləcək

12:48 | 15.01.2025
COP29 könüllülərinə 1500 manat veriləcək

COP29 könüllülərinə 1500 manat veriləcək

Azərbaycanda keçirilən COP29 beynəxalq konfrasında iştirak edən könüllülərə 1500 manat xüsusi pul mükafatı verilməsi nəzərdə tutulub. Bu barədə onlara COP29 İşçi Qüvvəsi və Könüllülərlə İş komandası tərəfindən məlumat göndərilib.
 
"Sizin yaxından dəstəyinizlə COP29 tədbiri həm ölkəmizdə indiyə qədər olan, həm də COP tədbirləri çərçivəsində ən yüksək səviyyədə təşkil olunmuş konfrans kimi tarixə düşdü. Tədbirdə könüllülərin fəaliyyəti fərqlənib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi (UNFCCC), iştirak edən bütün ölkələrin nümayəndə heyətləri, eləcə də ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb", - məlumatda qeyd olunub.
 
BMT-nin bu ilki iqlim sammiti, iki həftəlik gərgin danışıqlardan sonra, təyin edilən müddətdən iki gün keçsə də, iqlim maliyyələşdirilməsi ilə bağlı razılaşma ilə nəticələnib. 
 
2035-ci ilə qədər illik 300 milyard dollar məbləğində razılaşma əldə olunsa da, bir çox inkişaf etməkdə olan ölkələr bu məbləğin yetərsiz olduğunu bildirdi.
Onlar həmçinin 2035-ci ilə təyin edilən  son tarixin dünyanın təmiz enerji keçidini gecikdirəcəyi barədə xəbərdar etdilər.

Bəzi ölkələr, o cümlədən Hindistan, zəngin ölkələri məsuliyyəti inkişaf etməkdə olan ölkələrin də boynuna yıxmağa çalışmaqda tənqid etdilər. 
 
COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
 
Aytac 
 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM