COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.
Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !