COP29 liderləri sammitin rəsmi açılışında nə dedilər? - Sitatlar

15:20 | 11.11.2024
COP29 liderləri sammitin rəsmi açılışında nə dedilər?  -   Sitatlar

COP29 liderləri sammitin rəsmi açılışında nə dedilər? - Sitatlar

BMT-nin illik iqlim sammiti bazar ertəsi günü ölkələrin maliyyə və ticarət məsələlərində çətin müzakirələrə hazırlaşması ilə başlayıb.  Bu il baş verən hava fəlakətləri inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi tələblərini daha da gücləndirib. 


COP29 prezidenti Muxtar Babayev 

 

"Hörmətli həmkarlar, biz məhv olmaya doğru gedirik.  Bu gələcəyin problemi deyil.  İqlim dəyişikliyi artıq yanımızdadır. Onu görüb-görməməyinizdən asılı olmayaraq, insanlar əziyyət çəkir. Onlar qaranlıqda ölür və onlara yalnız şəfqət, dualar və kağız üzərində görülən işlər yetərli deyil. Onlar liderlik və fəaliyyət tələb edirlər. COP29 hər kəsə yeni bir yol açmaq üçün qaçırılmayacaq bir məqamdır. Hamınızdan daha çox səyə ehtiyacımız var.  COP29 Paris Sazişi üçün bir həqiqət anıdır. İndi müəyyən etdiyimiz hədəflərə çatmağa hazır olduğumuzu nümayiş etdirməliyik".


COP28 prezidenti Sultan Əl Cəbir 

 

"Hamınızı bir daha birlikdə hərəkət edə  və nəticələr əldə edə biləcəyimizi sübut etməyə çağırıram. Sizə son bir tövsiyəm budur ki, qoy pozitivlik üstün gəlsin və prosesi irəliyə aparsın. Qoy fəaliyyətlər sözlərdən daha bərk səslənsin. Qoy nəticələr ritorikadan uzun sürsün. Unutmayın, biz dediklərimiz deyil, etdiklərimizik".

 

UNFCCC iqlim rəhbəri Simon Stiell

 

 "Burada, Bakıda, yeni qlobal iqlim maliyyəsi hədəfinə razılaşmalıyıq. Əgər dünyanın ən azı üçdə ikisi emissiyaları sürətlə azaltmaq imkanına sahib deyilsə, onda hər bir millət ağır bir qiymət ödəyəcək. Əgər ölkələr təchizat zəncirlərində dayanıqlığı təmin edə bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək. Heç bir ölkənin immuniteti yoxdur.  Odur ki,  iqlim maliyyəsinin xeyriyyə olduğunu düşünməkdən əl çəkək. Yeni və iddialı bir iqlim maliyyəsi hədəfi hər bir millətin, o cümlədən ən böyük və ən varlı olanların maraqlarına tamamilə uyğundur. Amma sadəcə bir hədəflə razılaşmaq kifayət deyil. Qlobal maliyyə sistemini islah etmək üçün daha çox çalışmalıyıq. Ölkələrə bu qədər böyük ehtiyac duyduqları maliyyə sahəsi yaratmaq lazımdır. Bakını əhəmiyyətli bir nəticə əldə etmədən tərk edə bilmərik. İndi göstərmək vaxtıdır ki, qlobal əməkdaşlıq imkanları tükənməyib". 

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM