Bakıda keçiriləcək COP29 konfransı üçün COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb.Bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat verilib.
"Dünyanın hər yerindən akkreditə olunmuş iştirakçılar indi bu portal vasitəsilə öz radioelektron avadanlıqlarını qeydiyyatdan keçirə və müvəqqəti radiospektrin ayrılması üçün müraciətlərini təqdim edə bilərlər", - paylaşımda vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !