COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır - Əminə Ərdoğan

20:38 | 05.03.2024
COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır - Əminə Ərdoğan

COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır - Əminə Ərdoğan

Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.
 
Bu barədə Əminə Ərdoğan "X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb.

"Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq. Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi, COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək”, - Əminə Ərdoğan qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM