Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək
![Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək](https://anews.az/photo/850x500/2024-04/1714493355_fotojet.jpg)
Polşa Prezidenti Ancey Duda və Baş nazir Donald Tusk Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır.Bu barədə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsində Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.
"Polşa Prezidenti və Baş naziri Bakıda keçiriləcək mühüm beynəlxalq konfransında - COP29-da iştirak etmək üçün dəvət alıblar və onlar bu səfərə hazırlaşırlar”, - səfir deyib.
Onun sözlərinə görə, iki həftə sonra "InterFood Azerbaijan 2024” sərgisində iştirak etmək üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)