• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ceyhun Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib

Ceyhun Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib
02.05.2024 20:24
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, aparılan danışıqlar prosesi, habelə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bayramov Azərbaycanın karbohidrogen resurslarla zəngin ölkə olmasına baxmayaraq, milli səviyyədə könüllü şəkildə alternativ enerjiyə keçid istiqamətini tutduğunu, hazırda isə COP29 çərçivəsində beynəlxalq səviyyədə bu səylərə öz töhfəsini nümayiş etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

Bu istiqamətdə artıq bir sıra vacib görüş və tədbirlərin həyata keçirildiyi, habelə müxtəlif tərəflərlə bu kimi təmasların, o cümlədən BMT ilə mövcud əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyi qeyd olunub.

COP29 çərçivəsində danışıqlar prosesi barədə ətraflı məlumat verən nazir müxtəlif tərəflərin fərqli yanaşmalarına baxmayaraq, konsensusun əldə edilməsinin əhəmiyyətinin hər kəs üçün aydın olmasının müsbət göstərici olduğunu diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyi görüş zamanı vurğulanıb.
Xüsusi müşavir Selvin Hart Azərbaycanın hazırlıq prosesi üçün vaxt azlığı və sədrlik prioritetinin kompleks olmasına baxmayaraq, prosesin qısa müddət ərzində olduqca yaxşı təşkil olunmasının, habelə digər sədrliklərlə əlaqələndirilmənin təmini üçün "Üçlük" ("Troika") formatının təsis edilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. COP29-un başlama tarixinin ölkələr üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) müəyyən olunacağı dövrə təsadüf etdiyi, bu baxımdan COP29-un yaxşı fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Esvatini Baş nazirlərinin görüşü olub
COP29 11:19
Azərbaycan və Esvatini Baş nazirlərinin görüşü olub
Mirzoyan COP29-a gəlməyə hazırlaşır - Ermənistan KİV
COP29 12:06
Mirzoyan COP29-a gəlməyə hazırlaşır - Ermənistan KİV
Putin COP-29-a gələcəkmi?
COP29 13:39
Putin COP-29-a gələcəkmi?
COP29 ərəfəsi və sonrası Azərbaycana qarşı hücumlara hazır olmaq lazımdır - PA rəsmisi
COP29 13:50
COP29 ərəfəsi və sonrası Azərbaycana qarşı hücumlara hazır olmaq lazımdır - PA rəsmisi
Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib
COP29 10:36
Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib
Ceyhun Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib
COP29 20:24
Ceyhun Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib
Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək
COP29 19:53
Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək
Daha 3 ölkənin lideri COP29-a dəvət olunub
COP29 14:59
Daha 3 ölkənin lideri COP29-a dəvət olunub
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
COP29 00:06
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol